Warning: opendir(/home/idmanbiz/www/cache/): failed to open dir: No such file or directory in /home/idmanbiz/www/classes/Cache/Lite.php on line 642
“Marsel” sabiq qapıçısının formasını əbədiləşdirdi - İdman və Biz

“Marsel” sabiq qapıçısının formasını əbədiləşdirdi

Xəbərlər
21 Oktyabr 2025 17:28
31
“Marsel” sabiq qapıçısının formasını əbədiləşdirdi

Fransanın “Marsel” klubu ötən ay karyerasını bitirən qapıçı Stiv Mandandanın geyindiyi “30” nömrəli formanı əbədiləşdirib.

İdman.Biz xəbər verir ki, bu barədə klubun sosial şəbəkə hesablarında məlumat verilib.

40 yaşlı “əlcək sahibi” “Marsel”in formasını geyindiyi 15 il ərzində 613 oyun keçirib və sentyabrda karyerasını bitirdiyini elan edib.

Qeyd edək ki, o, son olaraq ölkəsində “Renn”in şərəfini qoruyub. S.Mandanda Fransa millisinin heyətində 35 oyun keçirib. O, 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatında yığmasına qızıl medal qazanmağa kömək edib.

İdman.Biz

Məqalədə: