Futbol üzrə Mərakeş millisi tarixində ilk dəfə dünya çempionu olub - VİDEO

20 Oktyabr 2025 09:09
269
Futbol üzrə Mərakeş millisi tarixində ilk dəfə dünya çempionu olub - VİDEO

Mərakeşin U-20 yığması Argentina üzərində qələbə qazanaraq Çilidə keçirilən dünya çempionatının qalibi olub.

İdman.Biz-in məlumatına görə, final qarşılaşması 2:0 hesabı ilə başa çatıb. Hər iki qolu Yasir Zabiri vurub.

Beləliklə, Mərakeş gənclər arasında keçirilən dünya çempionatında ilk dəfə qalib adını qazanıb.

Üçüncü yer uğrunda görüşdə Kolumbiya Fransa üzərində 1:0 hesabı ilə qələbə qazanıb.

İdman.Biz