U-10 Liqasında çıxış edən komandamız beynəlxalq turnirə dəvət alıb - FOTOREPORTAJ

Xəbərlər
18 Oktyabr 2025 18:51
71
U-10 Liqasında çıxış edən komandamız beynəlxalq turnirə dəvət alıb - FOTOREPORTAJ

AFFA-nın təşkil etdiyi U-10 Liqasında çıxış edən komandamız beynəlxalq turnirə dəvət alıb.

Əməkdar məşqçi, “Amasiya” futbol klubunun U-10 komandasının rəhbəri İslam Kərimov İdman.Biz-ə açıqlamasında bildirib ki, onlar ötən mövsüm U-9 Liqasında çempion olublar.

O bildirib ki, “Amasiya” futbol klubunun U-10 oğlanlar komandası 2026-cı il yanvarın 2-dən 10-dək Rusiyanın Ulyanovsk şəhərində keçiriləcək beynəlxalq turnirə dəvət alıb və yarışda Azərbaycanı təmsil edəcək.

FOTO: İslam Atakişiyev

İdman.Biz