“Sabah” “Zirə” ilə matça ciddi itki ilə çıxacaq

Xəbərlər
18 Oktyabr 2025 16:22
38
“Sabah” “Zirə” ilə matça ciddi itki ilə çıxacaq

“Sabah” Misli Premyer Liqasının 8-ci turunun “Zirə” ilə matçına ciddi itki ilə çıxacaq.

İdman.Biz sportal.az-a istinadən xəbər verir ki, Coy-Lens Mikels komandaya kömək edə bilməyəcək.

7-ci turun “Karvan-Yevlax”la matçında (2:0) zədələnən almaniyalı vingerin zədəsinin ciddi olmadığı açıqlanmışdı. Lakin 31 yaşlı futbolçu hələ kollektivlə birlikdə məşq etmir.

Qeyd edək ki, Coy-Lens Mikels bu mövsüm “Sabah”ın heyətində meydana çıxdığı 12 rəsmi matçda 10 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

İdman.Biz