“Çox çətin oyun oldu”.
İdman.Biz bildirir ki, bu sözləri Misli Premyer Liqasının 8-ci turunda “Qəbələ” ilə oyundan sonra “İmişli”nin baş məşqçisi Jorj Kaşkilya deyib.
Matç 2:2 hesabı ilə qurtarıb.
“Bilirik ki, “Qəbələ” çox güclü və bərk komandadır. Onlar daha çox xal qazanmağa layiqdirlər. Meydanda bərabər oyun gedirdi. Birinci hissənin sonunda və ikinci yarının əvvəlində qol buraxmaq bizi çətin vəziyyətə saldı. Amma taktiki dəyişikliklərdən sonra komanda özündə güc tapdı. Futbolçularımız xarakter göstərdilər. Komandamdan razıyam. 0:2 hesabından sonra 1 xal qazanmaq yaxşı nəticədir”, - Kaşkilya deyib.