Hakimə plastik stəkanlar atıldı, qarşılaşma yarımçıq qaldı: Belçika çempionatında İNSİDENT - VİDEO

Xəbərlər
18 Oktyabr 2025 12:19
34
Hakimə plastik stəkanlar atıldı, qarşılaşma yarımçıq qaldı: Belçika çempionatında İNSİDENT - VİDEO

Belçika Pro Liqasının (Belçikanın futbol klublarının yarışdığı yüksək liqa – red.) 11-ci turu çərçivəsində keçirilən “Standard”-“Antverpen” oyunu azarkeşlərin səbəb olduğu insident üzündən vaxtından əvvəl dayandırılıb.

İdman.Biz xəbər verir ki, matçın birinci dəqiqəsində Rafiqi Saidin vurduğu qolla “Standard” 1:0 hesabı ilə öndə olub.

Ancaq 87-ci dəqiqədə “Antverpen” azarkeşləri hakimlərə tərəf plastik stəkanlar atmağa başlayıblar. Hadisədən sonra baş hakim qarşılaşmanı dayandırmaq qərarına gəlib.

Daha sonra görüş bərpa olunmayıb. İndi meydan sahiblərinə (“Standard”) texniki məğlubiyyət verilə bilər.

İdman.Biz