Karlo Ançelottinin rəhbərlik etdiyi Braziliya yığması Tokioda Yaponiya ilə qarşılaşıb.
İdman.Biz xəbər verir ki, hesab ev sahibinin 3:2 hesabı qələbəsi ilə başa çatıb.
“Sambaçılar” oyuna yaxşı başlasa da, ikinci hissə sözün əsl mənasında kabusa çevrilib. Birinci hissəni 2:0 yekunlaşdıran Braziliya millisi ümumi hesabda asiyalılara məğlub olub.
Oyun öncəsi diqqət mərkəzində Vinisius idi - o, Cənubi Koreyaya qarşı keçirdiyi parlaq matçda bir qol və bir asistlə yadda qalmışdı. Ançelotti bu dəfə də ona istirahət vermədi və yenidən hücumun önündə “9 nömrə” kimi meydana buraxdı. Lakin madridli futbolçu komandasının hücumlarını yönləndirərək boşluqlar yaradırdı. Elə bu boşluqlardan sonra Bruno Gimarayşın gözəl ötürməsi sayəsində Paulo Enrike Suzuki ilə təkbətək qaldı, Paqueta isə Martinelliyə asist etdi.
Böyük əksəriyyət beşqat dünya çempionu Braziliyanın asan qələbə qazanacağını düşünürdü, lakin Yaponiya vəziyyəti dəyişdi. Buna, qismən, Fabrisio Brunonun kobud səhvi səbəb oldu - o, Minaminoya qapıya qol vurmaq üçün əsl “hədiyyə” verdi - 2:1.
Müdafiəçinin faciəvi gecəsi bununla bitmədi: Nakamuranın zərbəsini kəsmək istəyərkən topu öz qapısına yönəltdi.
Bu vəziyyətdə Ançelotti üç dəyişiklik etdi, Vinisiusu əvəzləyib Rodriqonu meydana buraxdı. Amma bu, vəziyyəti düzəltmədi, əksinə, bir neçə dəqiqə sonra Yaponiya hesabı bərabərləşdirdi -2:2.
Qələbə qolunu isə yaponlar standart vəziyyətdən vurdu: künc zərbəsindən sonra Ueda Braziliya müdafiəçilərinin üzərindən qalxaraq başla topu tora göndərdi - 3:2.
“Sambaçılar”ın oyunda yol verdiyi səhvlər Braziliyanı dünya çempionatında ciddi şəkildə zərbə altında qoya bilər.
Qeyd edək ki, bu, italiyalı mütəxəssisin komandada baş məşqçi kimi ikinci yenilgisi olub. Braziliya millisi isə tarixində Yaponiya yığması ilə qarşılaşmada ilk dəfə məğlub olub.