Zinəddin Zidan: “Fransa millisinin baş məşqçisi olmaq istəyirəm”

Xəbərlər
12 Oktyabr 2025 23:24
32
Zinəddin Zidan: “Fransa millisinin baş məşqçisi olmaq istəyirəm”

Madrid “Real”ının sabiq baş məşqçisi Zinəddin Zidan yenidən məşqçiliyə qayıtmaq niyyətində olduğunu bildirib.

İdman.Biz xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano X sosial şəbəkəsində paylaşım edib.

Dünya və Avropa çempionu açıqlamasında ambisiyalarını itirmədiyini və bir gün Fransa millisinin baş məşqçisi olacağına inandığını deyib: “Təbii ki, baş məşqçi kimi yenidən işə qayıdacağam, bu mənim məqsədimdir. Bir gün Fransa millisinin baş məşqçisi olmaq istəyirəm”.

Qeyd edək ki, Zidan “Real”a 2016–2018 və 2019–2021-ci illərdə rəhbərlik edib və klubla üç dəfə Çempionlar Liqasını qazanıb.

İdman.Biz