“Neftçi” və “Qalatasaray”ın tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün tədbir - FOTO

Xəbərlər
12 Oktyabr 2025 10:06
105
“Neftçi” və “Qalatasaray”ın tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün tədbir - FOTO

Vətən müharibəsində qazanılan şanlı Zəfərin beşinci ildönümü münasibətilə SOCAR-ın Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid və qazi olan əməkdaşlarının övladları üçün “Futbol günü” adlı tədbir keçirilib.

İdman.Biz xəbər verir ki, SOCAR-ın təşkilatçılığı, “Neftçi” və Türkiyənin “Qalatasaray” klublarının tərəfdaşlığı ilə baş tutan tədbirdə şəhid və qazı övladları əvvəlcə “Palms Sports” Futbol Mərkəzində olublar. Burada uşaqlara “Neftçi” haqqında ətraflı məlumat verilib və klubun tarixi ilə bağlı videosüjet nümayiş etdirilib.

Uşaqlar komandanın baş məşqçisi Samir Abbasov və futbolçular ilə görüşüb, onlarla xatirə şəkilləri çəkdiriblər. Uşaqlar istirahət otağında futbolçularla birlikdə müxtəlif əyləncəli oyunlar oynayıblar.

“Neftçi”nin A və B komandaları arasında keçirilən yoxlama oyununu izləyən uşaqlara klubun adından xatirə hədiyyələri təqdim olunub.

Günün ikinci yarısında isə şəhid və qazı övladları SOCAR-ın Baş ofisində təşkil olunan tədbirdə iştirak ediblər.

SOCAR-ın Sosial məsuliyyət Departamentinin rəisi Əsəd Məmmədov Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi şəhid və qazi övladlarına göstərilən diqqət və qayğıdan, bu siyasətə uyğun olaraq SOCAR tərəfindən görülən işlərdən bəhs edib.

Sonra uşaqlar “Galatasaray”ın futbolçularının şəhid və qazı övladlarına müraciətləri əsasında hazırlanmış xüsusi videoçarxı izləyiblər. Onlara İstanbul klubunun formaları hədiyyə olunub.

İdman.Biz