38 yaşlı argentinalı hücumçu, “İnter Mayami”nin futbolçusu Lionel Messi MLS tarixində ilk dəfə olaraq ardıcıl doqquz matçda bir neçə qol vurmağı bacaran oyunçu olub.
İdman.Biz liqanın rəsmi saytına istinadən xəbər verir ki, “Atlanta” ilə görüşdə Messi dublla fərqlənərək komandasına böyük qələbə (4:0) qazandırıb.
Messi matçın 39 və 87-ci dəqiqələrində fərqlənib. Alba 52-ci, Suarez isə 61-ci dəqiqədə qola imza atıb.
Qeyd edək ki, Messi bu mövsüm 26 qol vuraraq MLS bombardirlər cədvəlində təkbaşına liderliyə yüksəlib. O, bu nəticə ilə “Los-Anceles”dən Deni Buanqanı (24 qol) qabaqlayıb.