“Qırmızı şeytanlar” Ərəbistana köçür? - “Mançester Yunayted”dən RƏSMİ AÇIQLAMA

Xəbərlər
10 Oktyabr 2025 11:34
51
“Qırmızı şeytanlar” Ərəbistana köçür? - “Mançester Yunayted”dən RƏSMİ AÇIQLAMA

“Mançester Yunayted” rəhbərliyi klubun mümkün satışına dair yayılan məlumatları təkzib edib.

İdman.Biz BBC-yə istinadən xəbər verir ki, klub rəhbərliyi yeni investorla danışıqlar aparıldığı barədə xəbərləri etibarsız adlandırıb.

“Mançester Yunayted”in hazırkı sahibləri - Qlazer ailəsi azarkeşlər tərəfindən uzun illərdir klubun idarəetmə siyasətinə görə tənqid olunur.

Xatırladaq ki, daha əvvəl Səudiyyə Ərəbistanı kralının müşaviri Turki Əl-Şeyx “Mançester Yunayted”in satışının gündəmdə olduğunu bildirmişdi.

İdman.Biz