“Barselona”nın futbolçusu Rafinya bərpa prosesi zamanı istirahət gününü hovuz kənarında böyük ekranda komandasının “Sevilya” ilə oyununu izləməklə dəyərləndirmək istəyib.
İdman.biz xarici KİV-ə istinadən xəbər verir ki, lakin o, planlaşdırdığı kimi rahat və zövqlü bir axşam keçirə bilməyib. Kataloniya təmsilçisi görüşdə gözləniləndən zəif çıxış edərək ağır məğlubiyyətlə üzləşib.
Qeyd edək ki, “Barselona” “Sevilya” ilə matçda 4:1 hesabı ilə uduzub.