“Fənərbağça” səfərdə xal itirdi

Xəbərlər
6 Oktyabr 2025 01:07
27
“Fənərbağça” səfərdə xal itirdi

Türkiyə Super Liqasının 8-ci turuna yekun vurulub.

İdman.biz xəbər verir ki, turun son oyun günündə dörd qarşılaşma keçirilib.

Günün ən çox gözlənilən oyunu “Samsunspor”la “Fənərbağça” arasında baş tutub. Gərgin mübarizə şəraitində keçən matçda tərəflər qapılara yol tapa bilməyib – 0:0.

Digər görüşlərdə “Kasımpaşa” – “Konyaspor” qarşılaşması da eyni hesabla başa çatıb. “Karagümrük” doğma azarkeşləri önündə “Qaziantep”ə 0:2 hesabı ilə uduzub. “Başakşəhər” isə səfərdə “Göztəpə”yə 0:1 hesabı ilə məğlub olub.

Qeyd edək ki, turnir cədvəlində “Qalatasaray” 22 xalla liderliyini qoruyur. “Trabzonspor” 17 xalla ikinci yerdə qərarlaşıb. “Göztəpə” və “Fənərbağça” 16 xalla onları izləyir.

İdman.biz