“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola bu gün İngiltərə Premyer Liqasında 250-ci qələbəsini qazanıb.
İdman.biz xəbər verir ki,bu komandanın Premyer Liqanın 7-ci turunda “Brentford” ilə səfər matçında (1:0) qeydə alınıb.
Qvardiola bu nəticəni Premyer Liqa tarixdə ən az oyun sayında — 349 matçda əldə edib. Əvvəlki rekord sahibi, “Mançester Yunayted”in sabiq baş məşqçisi Ser Aleks Fergyuson idi. O, 250 qələbəyə 404-cü oyununda əldə etmişdi. Daha sonra isə sıralamada Arsen Venger (423 oyun) və Devid Moyes (645 oyun) gəlir.