Fransa Liqa 1-inin 7-ci turu çərçivəsində keçirilən “Mets” – “Marsel” oyunu başa çatıb.
İdman.biz xəbər verir ki, qarşılaşmada “Marsel” 3:0 hesabı ilə qələbə qazanıb.
Qonaqların heyətində İqor Payşan 51-ci dəqiqədə hesabı açıb. Metyu O’Rayli 69-cu dəqiqədə fərqi iki topa çatdırıb, Amin Quiri isə 77-ci dəqiqədə komandasının üçüncü qoluna imza atıb.
Bu nəticədən sonra “Mets” 2 xalla turnir cədvəlinin son pilləsində qərarlaşıb, “Marsel” isə 15 xalla Liqa 1-in lideri olub.
İdman.biz