Madrid “Real”ının hücumçusu Killian Mbappe Çempionlar Liqasının ikinci turunun ən yaxşı futbolçusu seçilib.
İdman.biz “Terrikon” nəşrinə istinadən xəbər verir ki, Fransalı forvard çərşənbə axşamı “Kayrat”la səfər oyununda het-trik edərək komandasının Almatıda inamlı qələbə qazanmasına mühüm töhfə verib.
Eyni zamanda Qazaxıstana səfər Mbappeyə Çempionlar Liqasındakı qol sayını 60-a çatdırmaq imkanı verib.
O, bu göstəriciyə 89 matçda nail olub. “Real”ın futbolçusu, həmçinin turnir tarixində ən sürətli nəticələr sırasında üçüncü yeri tutub. Yalnız Lionel Messi (80 oyun) və Robert Levandovski (85 oyun) bu göstəricini daha tez yeniləyiblər.