“Qarabağ”dan “Kopenhagen”lə oyundan əvvəl azarkeşlərə MÜRACİƏT

Xəbərlər
30 Sentyabr 2025 12:31
44
“Qarabağ”dan “Kopenhagen”lə oyundan əvvəl azarkeşlərə MÜRACİƏT

“Qarabağ” Bakıda Danimarka təmsilçisi “Kopenhagen”ə qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyunundan əvvəl azarkeşlərə müraciət edib.

İdman.biz xəbər verir ki, bu barədə Azərbaycan çempionunun mətbuat xidməti məlumat yayıb.

Klub azarkeşləri stadiona erkən gəlməyə çağırıb: “Bu, stadiona rahat daxil olmağınıza, sıxlıqdan yayınmağınıza və komandamızın isinmə hərəkətlərini tam dolu tribunalar qarşısında həyata keçirərək əlavə motivasiya qazanmasına imkan verəcək. Oyun başlayandan 20 dəqiqə sonra stadiona giriş məhdudlaşdırılacaq. Qeyd edək ki, qapılar qarşılaşmaya 2 saat (120 dəqiqə) qalmış açılacaq”.

Qeyd edək ki, “Qarabağ” – “Kopenhagen” oyunu oktyabrın 1-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.

İdman.biz