Anna Başta Tunis Qran-prisinin 1/16 finalında məğlub olub

Xəbərlər
15 Yanvar 2024 09:59
Anna Başta Tunis Qran-prisinin 1/16 finalında məğlub olub

Tunisdə qılıncoynatma üzrə keçirilən Qran-pri başa çatıb.

İdman.biz xəbər verir ki, yarışda Azərbaycanın qadınlardan ibarət milli komandası da iştirak edib.

Yığmamızın lideri Anna Başta turnirə birbaşa pley-off mərhələsindən başlayıb. O, ilk görüşdə italiyalı Manuela Spikaya qalib gəlsə də (15:8), 1/16 finalda macarıstanlı Lusa Şutsa 1 xal fərqi ilə uduzub - 14:15.

Qrup mərhələsinə adlayan digər qılıncoynadanımız Səbinə Kərimova da birinci görüşünü qələbə ilə bitirib. O, italiyalı Rosella Qreqorionu (15:14) məğlub edib, lakin 1/16 finalda fransalı Sara Nuçaya uduzub - 11:15.