Qılıncoynatma üzrə Azərbaycan yığması Fransanın Orlean təşkil olunan Qran-Pridə çıxış edib.
İdman.biz xəbər verir ki, qadın sablyaçıların yarışında ən yüksək nəticəyə Anna Başta imza atlıb.
Əsas mərhələdən mübarizəyə qoşulan Anna ilk görüşdə Avstraliya sablyaçısı Veronika Vasilevaya 15:9 hesabı ilə qalib gəlib. Başta 1/16 finalda eyni uğura imza ata biıməyib. O, fransalı rəqibi Sesilia Berderə 8:15 hesabı ilə məğlub olub.
Digər sablyaçılarımız - Səbinə Kərimova, Valeriya Bolşakova, Sevil Bünyatova, Palina Kaspiaroviç və Zərifə Hüseynova təsnifat mərhələsindən mübarizəyə qoşulublar. Onlar uğursuz çıxış edərək, növbəti mərhələyə yüksələ bilməyiblər.
İdman.biz