AVRO-2024: Pley-offun püşkü atılıb

Xəbərlər
23 Noyabr 2023 15:36
411
AVRO-2024: Pley-offun püşkü atılıb

İsveçrə Nyon şəhərində AVRO-2024-ün pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.

İdman.biz xəbər verir ki, püşkə əsasən yarımfinalda və finalda qarşılaşacaq komandalar bəlli olub.

AVRO-2024-ün pley-off mərhələsi
A Liqası:
Polşa – Estoniya, Uels - Finlandiya
B Liqası: İsrail – İslandiya, Bosniya və Hersoqovina - Ukrayna
C Liqası: Gürcüstan – Lüksemburq, Yunanıstan - Qazaxıstan

Pley-offun yarımfinalları gələn il martın 21-də, finallar 5 gün sonra keçiriləcək. Liqa yolunun hər 3 qalibi 2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatına vəsiqə qazancaq.

Qeyd edək ki, artıq Xorvatiya, Fransa, Belçika, Portuqaliya, İspaniya, Şotlandiya, Türkiyə, Avstriya, İngiltərə, Macarıstan, Slovakiya, Albaniya, Danimarka, Niderland, İsveçrə, Rumıniya, Serbiya, İtaliya, Çexiya, Sloveniya və ev sahibi Almaniyanın AVRO-2024-də iştirakı dəqiqləşib.

İdman.biz