Bu gün AVRO-2024-ün seçmə mərhələsində üç qrupun oyunları keçiriləcək.
İdman.biz xəbər verir ki, final mərhələsinə vəsiqə qazanacaq 3 yığmanın adı dəqiqləşib.
C qrupunda Ukrayna – İtaliya görüşündə meydan sahiblərini yalnız qələbə qanə etsə, oyun 0:0 başa çatıb. Yığmalar eyni xala malik olsalar da, İtaliya digər göstəricilərə görə, ikinci yeri tutub.
Moldova tarixi uğur qazanmağa yaxın olsa da, Çexiya səfərindən əliboş dönüb. Meydan sahibləri inamlı oyun sayəsində 3:0 hesabı ilə qələbə qazanıblar.
Sloveniya - Qazaxıstan oyunu Azərbaycanda maraqla gözlənilib. Qonaq komanda qələbə qazanacağı təqdirdə, Avropa çempionatının final mərhələsinə vəsiqə əldə edəcək, Azərbaycan millisi isə Millətlər Liqasında pley-offda oynamaq hüququ qazanacaqdı. Amma Sloveniya öz meydanında 2:1 hesabı ilə qələbə qazanaraq, bütün ehtimalların üstündən xətt çəkib.
Qeyd edək ki, Belçika, Fransa, Portuqaliya, İspaniya, Şotlandiya, Türkiyə, Avstriya, İngiltərə, Macarıstan, Slovakiya, Danimarka, Albaniya, Niderland, Rumıniya, İsveçrə və Serbiya 2024-cü il iyunun 14-dən iyulun 14-dək keçiriləcək AVRO-2024-ün final mərhələsinə vəsiqə qazanıb. Almaniya isə ev sahibi kimi bu hüquqa yiyələnib.
AVRO-2024, seçmə mərhələ
X tur
20 noyabr
C qrupu
23:45. Şimali Makedoniya – İngiltərə - 1:1
Qollar: Bardi, 41 - Keyn, 59
23:45. Ukrayna – İtaliya - 0:0
Xal durumu: İngiltərə - 20 (8), İtaliya – 14 (8), Ukrayna – 14 (8), Şimali Makedoniya – 8 (8), Malta – 0 (8).
E qrupu
23:45. Albaniya – Farer adaları - 0:0
23:45. Çexiya – Moldova - 3:0
Qollar: Doudera, 14. Çori, 72. Souçek, 90
Xal durumu: Albaniya – 15 (8), Çexiya – 15 (8), Polşa – 11 (8), Moldova – 10 (8), Farer adaları – 1 (8).
H qrupu
23:45. Şimali İrlandiya – Danimarka - 2:0
Qollar: Pris, 60. Çarles, 81
23:45. San Marino – Finlandiya - 1:2
Qollar: Berardi, 90+8 (pen.) - Soiri, 50; 58
23:45. Sloveniya – Qazaxıstan - 2:1
Qollar: Sesko, 41 (pen.). Verbiç, 86 - Orazov, 48
Xal durumu: Danimarka – 22 (10), Sloveniya – 22 (10), Qazaxıstan – 18 (10), Finlandiya – 18 (10), Şimali İrlandiya – 9 (10), San Marino - 0 (10).
İdman.biz