Gürcüstan yığmasının qapıçısı Georgi Mamardaşvili Çexiya ilə oyunun qəhrəmanı olub.
İdman.biz xəbər verir ki, o, 11 seyvlə AVRO-2024-də ən çox qurtarış edən qolkiper ünvanına sahib çıxıb.
Mamardaşvili Çexiya (1:1) ilə qarşılaşmada 1 xalın qazanılmasında böyük rol oynayıb. Avropa çempionatlarında ən çox seyv AVRO-2004-də qeyd alınıb. Latviyalı qapıçı Aleksandr Kolunko Niderlandla oyunda 12 qurtarışla yadda qalıb.
Qeyd edək ki, gürcü qolkiper Gürcüstan – Çexiya matçının ən yaxşısı seçilib.
İdman.biz