Makqreqordan AVRO-2024 paylaşımı: “60 minə mərc gəlirəm ki...”

Xəbərlər
19 İyun 2024 11:28
283
Makqreqordan AVRO-2024 paylaşımı: “60 minə mərc gəlirəm ki...”

Mütləq Döyüş Çempionatının (UFC) 2 çəki dərəcəsi üzrə sabiq çempionu Konor Makqreqor AVRO-2024-ün bombardiri olacaq futbolçunu açıqlayıb.

İdman.biz xəbər verir ki, irlandiyalı döyüşçü bununla bağlı sosial şəbəkələrdə paylaşım edib.

Konor Portuqaliya millisinin 39 yaşlı kapitanı Kriştiano Ronaldonun bombardir olacağına əmindir. O, hətta mərcə də hazırdır: "60 min avrodan mərc gəlirəm ki, bombardir Kriştiano Ronaldo olacaq".

Qeyd edək ki, Ronaldo ilk turda qol vurmayıb.

İdman.biz

Məqalədə: