Çempiondan qələbə ilə start - VİDEO

Xəbərlər
16 İyun 2024 00:53
522
Çempiondan qələbə ilə start - VİDEO

Almaniyada keçirilən AVRO-2024-ün qrup mərhələsi davam edir.

İdman.biz xəbər verir ki, bu gün B qrupunda I tura yekun vurulub.

Günün son matçında İtaliya ilə Albaniya qarşılaşıb. "Olüm qrupu"nun Dortmundda baş tutan oyununda son çempion qələbə qazanıb. Erkən qol buraxan italiyalılar ardıcıl 2 dəfə fərqləniblər. İtaliya yığması 16 dəqiqəyə hesabda önə keçib və üstünlüyünü sonadək qoruyub saxlayıb.

Qeyd edək ki, qrupun digər matçında İspaniya Xorvatiyaya qalib gəlib.

AVRO-2024
Qrup mərhələsi, I tur
15 iyun, B qrupu
23:00. İtaliya – Albaniya - 2:1
Qollar:
Alessandro Bastoni, 11. Nikola Barella, 16 - Nedim Bayrami, 1
Baş hakim: Feliks Zvayer (Almaniya)
Dortmund. Vestfalenstadioion

İdman.biz

Məqalədə: