Velosipedçimiz Qazaxıstanda bürünc qazanıb

Xəbərlər
16 May 2025 19:29
53
Velosipedçimiz Qazaxıstanda bürünc qazanıb

Astanada trek velosipedi üzrə yeniyetmə və gənclər Qazaxıstan Açıq çempionatı keçirilib.

İdman.biz xəbər verir ki, yığmamız yarışda bir medal qazanıb.

Komandamızın heyətində Məryəm Hüseynova 2009-2010-cu il təvəllüdlü 38 idmançı arasında omnuim yarışlarının 200 metr məsafəyə sprint növündə 3-cü nəticə göstərib.

Eyni yaş kateqoriyasında mübarizə aparan Çingiz İsayev isə 40 iştirakçı arasında yarışı 4-cü pillədə tamamlayıb.

İdman.biz