İtalyan motosikletçi Marko Bedzekki Valensiyada qələbədən sonra motosikletinin qarşısında diz çökməklə “evlilik təklifi”nin parodiyasını edib.
İdman.Biz xəbər verir ki, görüntünü “Autosport” nəşri dərc edib.
“Əslində bu, komanda rəhbərliyi ilə apardığı mərcin nəticəsi idi – üç yarış qazansa, motosiklet mənimlə evimə gedəcək” – deyə Marko Bedzekki vurğulayıb.
Bedzekki bildirib ki, qonaq otağında motosiklet üçün boş yer saxlayıb və qələbədən sonra ilk gördüyü şey məhz bu olub.
Qeyd edək ki, bu, onun yaradıcı təbrik jestlərinin ilk nümunəsi deyil. Sentyabrda San-Marino Qran-prisinin sprintində o, məşhur italyan filmi “Üç kişi və ayaq”a istinad edərək taxta ayaq nümayiş etdirmişdi.
