Yeniyetmə şahmatçıların növbəti rapid turniri keçirilib - FOTO

Xəbərlər
15 Sentyabr 2025 16:19
33
Yeniyetmə şahmatçıların növbəti rapid turniri keçirilib - FOTO

Azərbaycan Şahmat Federasiyasında Uşaq-Gənclər Komissiyasının təşkilatçılığıyla növbəti rapid turniri keçirilib.

İdman.biz xəbər verir ki, 45 şahmatçının iştirak etdiyi yarış yeniyetmə şahmatçıların beynəlxalq turnirlərə hazırlıq məqsədi daşıyıb.

7 turdan ibarət yarışın nəticəsinə əsasən 6 xal toplayan Xaqan Əhməd turnirin qalibi adını qazanıb. Allahverdi Həmidovla Murad İbrahimli (hərəyə 5.5 xal) müvafiq olaraq 2-3-cü yerləri bölüşüb.

Qeyd edək ki, Azərbaycan Şahmat Federasiyası mütəmadi olaraq belə turnirlərin təşkilini planlaşdırır.

İdman.biz