Murad İbrahimli rapid turnirinin qalibi olub - FOTO

Xəbərlər
8 Sentyabr 2025 17:08
44
Murad İbrahimli rapid turnirinin qalibi olub - FOTO

Azərbaycan Şahmat Federasiyasında Uşaq-Gənclər Komissiyasının təşkilatçılığıyla rapid turniri keçirilib.

İdman.biz xəbər verir ki, 43 şahmatçının iştirak etdiyi yarış yeniyetmə şahmatçıların beynəlxalq turnirlərə hazırlıq məqsədi daşıyıb.

7 turdan ibarət yarışın nəticəsinə əsasən 6 xal toplayan Murad İbrahimli turnirin qalibi adını qazanıb. Vüqar Manafov (5.5 xal) və Məhəmməd Bağırov (5 xal) müvafiq olaraq 2-3-cü yerləri tutub.

Qeyd edək ki, Azərbaycan Şahmat Federasiyası mütəmadi olaraq belə turnirlərin təşkilini planlaşdırır.

İdman.biz