Xaçmaz “Beynəlxalq Şahmat Günü”nun qalibi olub - FOTO

Xəbərlər
15 İyul 2025 09:16
48
Xaçmaz “Beynəlxalq Şahmat Günü”nun qalibi olub - FOTO

Xaçmazda Azərbaycan Şahmat Federasiyası tərəfindən “20 iyul – Beynəlxalq Şahmat Günü”nə həsr olunan şimal regional məktəbləri arasında komanda turniri keçirilib.

İdman.biz xəbər verir ki, turnirdə ilk gedişi YAP Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov, AŞF-nin komissiya rəhbəri Zeynəb Məmmədyarova və Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Qumru Məmmədova edib.

Yarışın qalibi adını Xaçmaz şahmatçıları tutublar. Quba ikinci, Şabran üçüncü olub.

İdman.biz