Bu gün Batumidə qadınlar arasında şahmat üzrə Dünya kuboku start götürüb.
İdman.biz xəbər verir ki, "uduzan çıxır"sistemi ilə keçiriləcək yarışda Azərbaycanın 4 şahmatçısı da çıxış edir.
Təmsilçilərimizdən Gövhər Beydullayeva 1-ci mərhələnin ilk oyununda ağ fiqurlarla Anahita Zahedifarla (İran) və Gülnar Məmmədova isə qaralarla Yunşan Li (Kanada) ilə heç-heçə ediblər - 0,5:0,5.
Ülviyyə Fətəliyeva isə Dünya kubokuna qələbə ilə başlayıb. O, ağ fiqurlarla Jilin Janqa (Avstraliya) qalib gəlib - 1:0.
Xanım Balacayevanın startı isə uğursuz olub. O, qaralarla Elnaz Kaliaxmetə (Qazaxıstan) uduzub - 0:1.
Qeyd edək ki, uduzan çıxır prinsipi ilə keçirilən yarışda rəqiblər arasında cavab oyunları sabah keçiriləcək.
İdman.biz