Rauf Məmmədov dünya çempionatının mükafatçısı olub

Xəbərlər
14 İyun 2025 11:39
42
Rauf Məmmədov dünya çempionatının mükafatçısı olub

Londonda komandalar arasında rapid üzrə dünya çempionatı başa çatıb.

İdman.biz xəbər verir ki, heyətində Rauf Məmmədovun çıxış etdiyi “Freedom” komandası 17 xalla bürünc mükafatçı olub.

Azərbaycan şahmatçısının özü altı oyun keçirib, iki qələbə, bir heç-heçə və üç məğlubiyyət əldə edib.

Şəhriyar Məmmədyarovun şərəfini qoruduğu "Generation XYZA," 15 xal toplayıb və səkkizinci yerdə qərarlaşıb. O, 12 oyunda səkkiz qələbə qazanıb.

İdman.biz