Warning: opendir(/home/idmanbiz/www/cache/): failed to open dir: No such file or directory in /home/idmanbiz/www/classes/Cache/Lite.php on line 642
Azərbaycanlı qrossmeyster Avstriyada sürətli şahmatda 4-сü yeri tutub - İdman və Biz

Azərbaycanlı qrossmeyster Avstriyada sürətli şahmatda 4-сü yeri tutub

Xəbərlər
31 May 2025 09:59
191
Azərbaycanlı qrossmeyster Avstriyada sürətli şahmatda 4-сü yeri tutub

Eltac Səfərli Avstriyanın Linz şəhərində keçirilən "Grand Prix PlusCity" turnirində sürətli şahmat oynayıb.

İdman.biz xəbər verir ki, azərbaycanlı qrossmeyster dördüncü yeri tutduğu blits yarışından sonra rapiddə qüvvəsini sınayıb.

Səfərli doqquz oyundan 7,5 xal toplayaraq dördüncü olub, yalnız əlavə göstəricilərə görə gümüş və bürünc medalçılara uduzub. O, qalibdən - Aleksey Saranadan (Serbiya) yarım xal geri qalıb.

Turnirdə ümumilikdə 323 şahmatçı iştirak edib.

İdman.biz