Eltac Səfərli Avstriyada sürətli şahmat oynayacaq

Xəbərlər
28 May 2025 13:34
103
Eltac Səfərli Avstriyada sürətli şahmat oynayacaq

Azərbaycan şahmatçısı Eltac Səfərli Avstriyada turnirdə çıxış edəcək.

İdman.biz xəbər verir ki, o, Linzdə keçiriləcək "Grand Prix PlusCity" turnirində mübarizə aparacaq.

Yarışın proqramına blits (29 may), rapid (30 may), həmçinin blits (31 may) və rapid (1 iyun) üzrə Avstriyanın komanda çempionatları daxildir.

Sürətli şahmat yarışlarında 262 şahmatçı, o cümlədən 43 qrossmeyster iştirak edəcək. Reytinq siyahıya rusiyalı Aleksandr Qrişuk başçılıq edir.

İdman.biz