Şuşada X Vüqar Həşimov Memorialı davam edir.
İdman.biz xəbər verir ki, yubiley turnirində Yan Nepomnyaşi, Vladislav Artemyev (hər ikisi Rusiya), Riçard Rapport (Macarıstan), Aravind Çatambaram (Hindistan), Nodibrek Abdusattorov (Özbəkistan), Şəhriyar Məmmədyarov, Rauf Məmmədov və Aydın Süleymanlı (hər üçü Azərbaycan) mübarizə aparır.
İlk iki gündə rapid üzrə partiyalar keçirilib. 7 turun nəticəsinə görə Yan Nepomnyaşi 10 xalla lider mövqeyinə yüksəlib. Ardıcıl 3 turda qələbə qazanan Şəhriyar Məmmədyarov liderdən 1 xal geri qalıb.
Sabah şahmatçılar blitsdə qüvvələrini sınayacaqlar.
4-cü tur
Məmmədyarov - Çitambaram - 0,5:0,5
Süleymanlı - Məmmədov - 1:0
Nepomnyaşi - Rapport - 1:0
Artemyev - Abdusattorov - 0,5:0,5
5-ci tur
Abdusattorov - Məmmədyarov - 0:1
Rapport - Artemyev - 0,5:0,5
Məmmədov - Nepomnyaşi - 1:0
Çitambaram - Süleymanlı - 1:0
6-cı tur
Məmmədyarov - Süleymanlı - 1:0
Nepomnyaşi - Çitambaram - 1:0
Artemyev - Məmmədov - 0,5:0,5
Abdusattorov – Rapport - 1:0
7-ci tur
Rapport - Məmmədyarov - 0:1
Məmmədov - Abdusattorov - 0:1
Çitambaram - Artemyev - 0:1
Süleymanlı - Nepomnyaşi - 0,5:0,5
6 turdan sonra turnir cədvəli: Nepomnyaşi - 10 xal, Məmmədyarov - 9, Artemyev, Abdusattorov - hərəyə 8, Rapport, Süleymanlı - hərəyə 6, Çitambaram - 5, Məmmədov - 4.
İdman.biz