Abdulla Qədimbəyli beynəlxalq turnirin qalibi olub

Xəbərlər
4 May 2024 16:06
189
Abdulla Qədimbəyli beynəlxalq turnirin qalibi olub

Sloveniyada şahmat üzrə "Ljubljana Festival" keçirilib.

İdman.biz xəbər verir ki, paytaxt Lyublyanada baş tutan yarış Abdulla Qədimbəylinin qələbəsi ilə başa çatıb.

Həmyerlimiz sonuncu – 9-cu turda ən yaxın izləyicisi Tisaj Domenlə (Sloveniya) heç-heçə edərək qalib adını qazanıb. Turnirdəki yeganə təmsilçimiz 7,5 xalla qızıl medala sahib olub.

Qeyd edək ki, yarışda 120 şahmatçı mübarizə aparıb.

İdman.biz