Aydın Süleymanlı Azərbaycan çempionu! - FOTO

Xəbərlər
25 Aprel 2024 19:25
Aydın Süleymanlı Azərbaycan çempionu! - FOTO

AMEA-nın Mərkəzi Elmi kitabxanasında keçirilən kişi şahmatçılar arasında Azərbaycan çempionatının qalibi müəyyənləşib.

İdman.biz xəbər verir ki, Aydın Süleymanlı Azərbaycan çempionu olub.

O, finalda Məhəmməd Muradlını məğlub edib. İki partiyanın sonunda 1,5:0,5 hesabı qeydə alınıb. Süleymanlı ilk dəfə Azərbaycan çempionu olub.

Çempionatda 3-cü yeri Vüqar Rəsulov tutub. O, hər 2 partiyada Xəzər Babazadəni mat edib.

Qeyd edək ki, turnirin mükafat fondu 30 min manat olub. Çempion titulu Aydına 12 min manat qazandırıb.

İdman.biz