"Vüqar Həşimov Memorialı" Şuşada keçiriləcək

17 Yanvar 2024 12:44
593
"Vüqar Həşimov Memorialı" Şuşada keçiriləcək

Şahmat üzrə "Vüqar Həşimov Memorialı"nın 2024-cü ildə keçiriləcəyi yer bəlli olub.

İdman. biz xəbər verir ki, bunu Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat xidməti açıqlayıb.

Turnir Şuşada təşkil olunacaq. Sayca 10-cu - yubiley yarışı avqustun 27-31-də keçiriləcək.

Qeyd edək ki, 2023-cü ildə Qəbələdə təşkil olunan 9-cu Vüqar Həşimov Memorialının qalibi adını Hindistan şahmatçısı Vidit Santoş Qujrati qazanıb.

İdman.biz