Nicat Abasov üçün 500 min dollarlıq turnir

Xəbərlər
16 Yanvar 2024 10:20
162
Nicat Abasov üçün 500 min dollarlıq turnir

FİDE Kanadanın paytaxtı Torontoda keçiriləcək İddiaçılar Turnirinin mükafat fondunu açıqlayıb.

İdman.biz xəbər verir ki, yarışın mükafat fondu 500 min dollar təşkil edəcək.

Şahmat tacı uğrunda oynayacaq zəka sahibinə 48 min dollar veriləcək. 2-ci yerin sahibi 36 min, 3-cü yeri tutan şahmatçı isə 24 min dollar qazanacaq.

Həmçinin, iştirakçılar hər yarım xala görə 3,5 min dollar əlavə pul mükafatı alacaq.

Qeyd edək ki, aprelin 3-dən 23-dək keçiriləcək turnirdə Azərbaycanı Nicat Abasov təmsil edəcək.

Nicat Zəkiyev
İdman.biz

Məqalədə: