Beynəlxalq Şahmat Federasiyası sentyabrın 1-nə olan reytinqi açıqlayıb.
İdman.biz-in məlumatına görə, Azərbaycan qrossmeysterləri arasında ən yüksək yeri Teymur Rəcəbov tutur. O, 2745 əmsalla 14-cü yerdədir. Şəhriyar Məmmədyarov (2734) 16-cı sıradadır.
Bakıda keçirilən dünya çempionatında dördüncü yeri tutması sayəsində 59-cu pilləyə yüksələn Nicat Abasov (2677) əsl sıçrayış edib.
Reytinqə yeni dünya kubokunun qalibi Maqnus Karlsen (2839), Fabiano Karuana (2786) və Hikaru Nakamura (2780) başçılıq edir.
Qadın şahmatçıların reytinq cədvəlində Günay Məmmədzadə (2441) 29-cu yerdə qərarlaşıb. Ülviyyə Fətəliyeva (2387) 63-cü, Gövxar Beydullayeva (2381) isə 68-cidir.
Birinci yeri Hou Yifan (2628), ikinci yeri Çinin digər təmsilçisi Yu Vençzun (2560), üçüncü yeri Dünya Kubokunun qalibi Aleksandra Qoryaçkina (2558) tutur.
Nicat Zəkiyev
İdman.biz