FIDE prezidenti Arkadi Dvorkoviç təşkilatın amerikalı şahmatçı Daniel Naroditskinin xatirəsinə xüsusi mükafat təsis edəcəyini açıqlayıb.
İdman.Biz xəbər verir ki, FİDE rəhbəri sosial şəbəkə hesabında qrossmeysterin ölümündən sarsıldığını bildirib:
“Dəhşətli, faciəli xəbərdir – mən hələ də hamımızın dünən eşitdiyimiz məlumata inana bilmirəm...
Daniel (və o, hər zaman qəlbimizdə Danya olaraq qalacaq) təkcə parlaq qrossmeyster deyil, həm də şahmatın yorulmaz səfiri və hər şeydən əvvəl xeyirxah, mərhəmətli və həqiqətən yaxşı insan idi.
Biz onu həmişə xatırlayacağıq. FIDE qrossmeyster Naroditskinin xatirəsinə və onun şahmat dünyasına verdiyi töhfəyə görə xüsusi mükafat təsis edəcək”.
Qeyd edək ki, 29 yaşlı tanınmış şahmat şərhçilərindən biri Daniel Naroditski oktyabrın 20-də qəflətən vəfat edib.