Amerikalı qrossmeyster Daniel Naroditski 29 yaşında vəfat edib

Xəbərlər
20 Oktyabr 2025 22:11
60
Amerikalı qrossmeyster Daniel Naroditski 29 yaşında vəfat edib

Amerikalı qrossmeyster və tanınmış şahmat şərhçilərindən biri Daniel Naroditski 29 yaşında vəfat edib.

İdman.biz xəbər verir ki, bu barədə onun məşqçi kimi çalışdığı Şarlotta Şahmat Klubu məlumat yayıb.

“Böyük kədər hissi ilə Daniel Naroditskinin qəfil vəfatı barədə məlumatı bölüşürük.

Daniel istedadlı şahmatçı, şərhçi və müəllim, şahmat ictimaiyyətinin sevimli üzvü, bütün dünyada pərəstişkarları olan, oyunçuların hörmət və rəğbətini qazanan insan idi. O, həm də sevimli oğul və qardaş, çoxlarına sadiq dost idi.

Bu son dərəcə çətin dövrdə Danielin ailəsinin şəxsi hisslərinə hörmətlə yanaşmağınızı xahiş edirik. Danieli şahmata olan ehtirası və sevgisi, eləcə də hər gün bizə gətirdiyi sevinc və ilhamla xatırlayaq”, - klubun rəsmi sosial media hesabında paylaşılan açıqlamada deyilir.

İdman.Biz