“Bürünc Əli” 50 yaşında nokautla çempion olub - VİDEO

Xəbərlər
12 İyun 2024 10:11
1 785
“Bürünc Əli” 50 yaşında nokautla çempion olub - VİDEO

Azərbaycan boksçusu Əli İsmayılov 50 yaşında rinqə çıxıb.

İdman.biz xəbər verir ki, dünya və Avropa çempionatlarının bürünc mükafatçısı peşəkar döyüşdə qüvvəsini sınayıb.

O, “Dustum Boxing” promouter şirkətinin Moskvada keçirilən boks gecəsində iştirak edib. “Bürünc Əli” kimi tanınan boksçumuz birinci ağır çəkidə MDB ölkələrinin çempionu titulu uğrunda döyüşdə Rasul Maqomedovla üz-üzə gəlib.

Bunadək məğlubiyyət tanımayan rəqibini ikinci raundda nokauta salan İsmayılov çempionluq kəmərinə sahib çıxıb.

Qeyd edək ki, Əli 1999-cu ildə dünya, 2000-ci ildə Avropa üçüncüsü olub.

İdman.biz

Məqalədə: