Dünya çempionatının finalında qalmaqal: Rusiyalı boksçu rəqibinin qulağını dişlədi - VİDEO

Xəbərlər
15 Dekabr 2025 12:10
93
Dünya çempionatının finalında qalmaqal: Rusiyalı boksçu rəqibinin qulağını dişlədi - VİDEO

2025-ci ildə Dubayda (BƏƏ) keçirilən boks üzrə dünya çempionatının finalında Rusiya təmsilçisi Vsevolod Şumkovun iştirakı ilə qalmaqallı hadisə baş verib.

İdman.Biz bu barədə Sports.kz-a istinadən məlumat yayıb.

Özbəkistandan olan olimpiya çempionu Abdumalik Xalokovla döyüş zamanı Şumkov rəqibinin qulağını dişləyib.

“Şumkov boks üzrə IBA dünya çempionatının finalında döyüş zamanı Xalokovun qulağını dişlədi. Bu, qaydaların açıq şəkildə pozulmasıdır və diskvalifikasiya ilə cəzalandırılmalıdır”, - deyə özbəkistanlı jurnalist Jalol Ahmedov “X” sosial şəbəkəsində yazıb.

Hadisəyə baxmayaraq, 60 kiloqram çəki dərəcəsində qızıl medal uğrunda keçirilən final qarşılaşması dayandırılmayıb. Döyüşün yekununda hakimlərin bölünmüş qərarı ilə qələbə Rusiya boksçusu Vsevolod Şumkova verilib.

@idman.biz

2025-ci ildə Dubayda (BƏƏ) keçirilən boks üzrə dünya çempionatının finalında Rusiya təmsilçisi Vsevolod Şumkovun iştirakı ilə qalmaqallı hadisə baş verib #dubay #boks #dunya #cempionat #idman

♬ оригинальный звук - Idman və Biz

İdman.Biz

Məqalədə: