Səidcəmşid Cəfərov İslam Həmrəyliyi Oyunlarında finala yüksəldi - FOTO

Xəbərlər
9 Noyabr 2025 16:50
47
Səidcəmşid Cəfərov İslam Həmrəyliyi Oyunlarında finala yüksəldi - FOTO

VI İslam Həmrəyliyi Oyunlarında boks yarışları davam edir.

İdman.Biz-in Ər-Riyadda ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, 80 kq çəki dərəcəsində təmsilçimiz Səidcəmşid Cəfərov yarımfinalda İordaniyalı boksçu Hüseyn Yaşaş ilə qarşılaşıb.

Təmsilçimiz görüşü inamlı şəkildə başa vuraraq qələbə qazanıb və finala yüksəlib.

Final görüşü sabah keçiriləcək və rəqib sonrakı raundların nəticəsinə əsasən müəyyənləşəcək.

İdman.Biz