"Hər döyüş mənim üçün böyük sınaqdır".
İdman.biz "Report"a istinadən xəbər verir ki, bunu lll MDB Oyunları çərçivəsində Yevlax İdman Kompleksində təşkil olunan boks üzrə yarışda qızıl medal qazanan Şahin Aslanov bildirib.
"60 kq çəki dərəcəsində mübarizə apardım və üç döyüş keçirdim. Bu qarşılaşmalardan sonra qızıl medala sahib olmağı bacardım", - idmançı deyib.
Qeyd edək ki, yarışlar davam edir.