Azərbaycan boksçusu: "Qazandığım qızıl medal gələcək yarışlar üçün əlavə stimuldur"

Xəbərlər
5 Oktyabr 2025 22:37
41
Azərbaycan boksçusu: "Qazandığım qızıl medal gələcək yarışlar üçün əlavə stimuldur"

Azərbaycan boksçusu Əli Abaslının (52 kq) qazandığı qızıl medal ona gələcək yarışlar üçün əlavə stimul verəcək.

İdman.biz "Report"a istinadən xəbər verir ki, III MDB Oyunlarında qızıl medal qazanan boksçu özü deyib.

O, final görüşünün çətin keçdiiyni bildirib: "Rəqibin gücünü nəzərə alaraq görüşdə çox diqqətli olmalı idim. Bu qələbə mənim üçün böyük uğurdur. Qazandığım qızıl medal gələcək yarışlar üçün əlavə stimuldur".

Qeyd edək ki, lll MDB Oyunlarının boks yarışları Yevlax Olimpiya İdman Kompleksində keçirilir.

İdman.biz