Azərbaycan boksçusu: “Yarışlarda bayrağımızı yüksəltmək əzmindəyəm”

Xəbərlər
30 Sentyabr 2025 16:00
53
Azərbaycan boksçusu: “Yarışlarda bayrağımızı yüksəltmək əzmindəyəm”

“Yarışlarda 46 kiloqram çəki dərəcəsində iştirak edirəm. Qazaxıstan idmançısı ilə döyüş çətin oldu. Bütün gücümlə mübarizə apardım və qalib gəldim”.

İdman.biz AZƏRTAC-a istinadən xəbər verir ki, III MDB Oyunlarının Yevlax Olimpiya Kompleksində təşkil olunan boks yarışında çıxış edən Əli Ruşanov deyib.

O bildirib ki, yarımfinalda Rusiya idmançısı ilə qarşılaşacaq: “Bu qarşılaşmada da qalib gələcəyimə inanıram. Yarışlarda birinci yerə çıxıb, bayrağımızı yüksəltmək əzmindəyəm”.

İdman.biz

Məqalədə: