Çimərlik voleybolçularımız Avropa çempionatlarında iştirak edəcək

Xəbərlər
11 Avqust 2025 10:36
367
Çimərlik voleybolçularımız Avropa çempionatlarında iştirak edəcək

Çimərlik voleybolu üzrə Azərbaycan milli komandaları Avropa çempionatlarında iştirak etmək məqsədilə bu gün Avstriyaya yola düşüblər.

İdman.biz xəbər verir ki, təmsilçilərimiz əvvəlcə avqustun 14-17-də Avstriyada keçiriləcək U-22 Avropa çempionatında, daha sonra ayın 20-25-də İspaniyada təşkil olunacaq U-20 Avropa çempionatında iştirak edəcəklər.

Ölkəmiz hər iki turnirdə həm oğlanlardan (Muhammad Aslanlı/İbrahim Məmmədov; ehtiyat komanda Nəriman Bayramlı/Tural Əsgərov), həm də qızlardan (Səbinə Əlizadə/Cəmilə Bəşirova) ibarət komanda ilə təmsil olunacaq.

Qeyd edək ki, qızlardan ibarət komandamızın baş məşqçisi Nihad Tarverdiyev, oğlanlardan ibarət komandamızın baş məşqçi isə Atvars Vildedir.

İdman.biz