Almaniyanın Reyn-Rur bölgəsində keçirilən Ümumdünya Yay Universiadasında çimərlik voleybolu üzrə yarışlara start verilib.
İdman.biz-in Almaniyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, oyunlar Duysburqda keçirilir.
Səbinə Əlizadə - Fidan Əhmədxanova cütlüyü İsveçrənin Menia Bentele - Annika Nederhauser duetinə iki setdə uduzublar - 0:2 (21:11, 21:8).
Nəriman Bayramlı - Ayxan Abdullayev cütlüyü isə çexiyalı Matyas Dzavoronok - Tadeas Trusil ikilisinə məğlub olublar. Birinci set 13 xallıq fərqlə (8:21) başa çatıb. İkinci hissədə də çexlər qalib gəlib - 11:21.
Zəki Feyzullayev
İdman.biz