Avropa kubokunun qalibləri Vətənə qayıdıb - FOTO

Xəbərlər
10 Oktyabr 2023 09:27
Avropa kubokunun qalibləri Vətənə qayıdıb - FOTO

Çimərlik voleybolu tarixində ilk dəfə keçirilən Avropa Kubokunu qələbə ilə başa vuran kişilərdən ibarət “Murov Az Terminal” klubu Vətənə qayıdıb.

İdman.biz xəbər verir ki, idmançılarımızı Heydər Əliyev Beynəlxalq Hava Limanında Gənclər və İdman Nazirliyinin, Azərbaycan Voleybol Federasiyasının rəsmiləri, media nümayəndələri, azarkeşlər, həmçinin idmançıların ailə üzvləri qarşılayıblar.

Oleq Stoyanovski, İlya Leşukov, Vadim Kutukov, Vüqar Bayramov, Ülvi Rəcəbli, Heydər Məmmədlidən ibarət komandamız finalda "TVF Spor Lisesi SK Ankara"ya qalib gəlib.

İdman.biz